📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rusiya təkcə Baxmutda 100 min itki verib" - Metyu Miller

2023-05-25 16:15:00

"Priqojin çox şeyi açıq deyir, bəziləri doğrudur, bəziləri məncə yox. Amma mən deyərdim ki, bizim hesablamalarımıza görə, 20 min Rusiyanın Baxmutdakı itkilərinin sayından nəzərə çarpan qədər azdır".

Hurriyyet.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller keçirdiyi brifinqdə "Vaqner" PMC-nin rəhbəri Yevgeni Priqojinin Rusiyanın Ukraynadakı itkiləri ilə bağlı açıqlamalarını şərh edərkən deyib.

"Biz  itkilərin təkcə Baxmutda 100 min nəfər olduğunu bəyan etmişik. Bunlar təkcə ölənlər deyil. Bu 100 000 nəfər arasında həm ölənlər, həm də yaralananlar var, ancaq bu, yalnız Baxmutdadır", - Miller deyib.

Qeyd edək ki, Yevgeni Priqojin Konstantin Dolqova müsahibəsi zamanı "Vaqner"in Baxmut uğrunda döyüşlərdə 20 min itki verdiyini açıqlayıb.

yeniavaz.com