📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya televiziyasında Azərbaycana qarşı təxribat - Video

2022-10-21 10:20:00

Rusiya televiziyasında Azərbaycana qarşı təxribat - Video

Rusiyanın dövlət tərəfindən maliyyələşən “Pervıy kanal”ında Azərbaycana qarşı növbəti təxribat törədilib.

Hurriyyet.az xəbər verir ki, təxribat kanalda müntəzəm olaraq efirə gedən “Bolşaya İqra” adlı verilişin sonuncu buraxılışında baş verib.

Belə ki, Avropa İttifaqının Ermənistana missiya göndərməsi ilə bağlı efirdə gedən müzakirələr zamanı monitorda qondarma “Dağlıq Qarabağ Respublikası”nın xəritəsi nümayiş olunub.

Ermənipərəst ekspertlər Nataliya Naroçnitskaya və Anrdranik Miqranyanın iştirakı ilə baş tutan müzakirələr zamanı, həmçinin Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırış və bəyanatlar səsləndirilib.

Qeyd edək ki, bu, Rusiyanın dövlət kanallarında Azərbaycana qarşı ilk belə hal deyil.

yeniavaz.com