📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya terrorçu dövlət siyahısına salına bilər

2022-04-19 12:38:00

Rusiya terrorçu dövlət siyahısına salına bilər

ABŞ Dövlət Departamenti Rusiyanın terrorçuluğu maliyyələşdirən dövlət siyahısına salınmasını istisna etmir.

Hurriyyet.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays deyib.

“Biz faktları, qanunları diqqətlə öyrənirik. ABŞ effektiv və məqsədəuyğun olduğu müddətcə qanun çərçivəsində istənilən səlahiyyətləri həyata keçirəcək”, - Prays bildirib.

Qeyd edək ki, ABŞ Şimali Koreya, Kuba, İran və Suriyanı terroru maliyyələşdirən dövlətlər kimi tanıyır.