Rusiya təyyarələri Finlandiya ilə Estoniya səmasında
2023-08-17 18:30:00
Hurriyyet.az xəbər verir ki, Rusiya mətbuatının yazdığına görə, Rusiyanın iki təyyarəsi Finlandiya ilə Estoniyanın hava məkanına daxil olub. Buna səbəb 17 avqusta keçən gecə Fin körfəzinin neytral sularının üzərindən Kalininqrada aparan yeganə hava dəhlizinin qara buludlarla örtülməsi olub. Nəticədə adları çəkilən iki Avropa ölkəsi Rusiyanın sərnişin təyyarələrinin qara buludlardan yan keçmək üçün öz səmalarında uçmasına icazə veriblər.
Təyyarələrdən biri Finlandiyadan keçərək Kalininqraddan Moskvaya, digəri isə Estoniyadan keçərək Sankt-Peterburqdan Kalininqrada uçub.
Hər iki təyyarə təqribən 10 dəqiqəliyə marşrutdan çıxıb.
Hürr Tərcüman