📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya təyyarəsi Çinlə sərhəddə radardan itdi

2021-09-22 17:24:00

Rusiya təyyarəsi Çinlə sərhəddə radardan itdi

Hurriyyet.az xəbər verir ki, Rusiyanın informasiya agentlikləri Çin sərhədinin yaxınlığında yerləşən Xabarovsk şəhərinin yaxınlığında bir hərbi təyyarənin radarda itdiyini açıqlayıb.

Son dəfə radarda Rusiyanın Xabarovsk şəhərinin 40 kilomtetrliyində görünən AN-26 təyyarəsinin texniki  uçuş həyata keçirdiyi zaman yoxa çıxdığı bildirilir.

Bu ilin iyul ayında da Sovet İttifaqı dövründən bəri istifadə edilən Antonov-26 markasından olan təyyarə qəzaya uğramış, içərisindəki 28 nəfər həlak olmuş, təyyarənin qalıqları Rusiyanın şərqindəki Palana aeroportunun yaxınlığında tapılmışdı.