Rusiya Türkiyəyə nota verib
Hurriyyet.az xəbər verir ki, RF XİN rəsmi təmsilçisi Mariya Zaxarova brifinqdəki çıxışı zamanı Rusiyanın Ankaradakı səfirliyinin Türkiyə XİN-ə nota təqdim elədiyini bildirib. Səbəb "Türkiyə Hava Yolları" (Turkish Airlines) aviaşirkətinin Rusiya vətəndaşlarının Türkiyə vasitəsi ilə Latın Amerikası ölkələrinə uçuş müraciətlərinə əksər hallarda rədd cavabı verməsidir.
Zaxarova bu məsələnin Türkiyə tərəfindən diqqətlə araşdırıldığını deyib.
Zaxarova bildirib ki, Rusiyanın İstanbuldakı baş konsulluğunun verdiyi xəbərə görə, "Türkiyə Hava Yollarının İstanbuldan Latın Amerikası ölkələrinə uçuş müraciətlərinə rədd cavabları verməsinin səbəbi "ilk növbədə həmin ölkələrin onların ərazilərinə daxil olmaq qaydaları ilə əlaqədardır" və aviadaşıyıcı həmin ölkələrin qanunlarına tabe olmaq məcburiyyətindədir.
Hürr Tərcüman