📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Ukrayna ilə danışıqlarda Türkiyənin vasitəçiliyinə "soyuq" yanaşır

2023-01-13 10:46:00

Rusiya Ukrayna ilə danışıqlarda Türkiyənin vasitəçiliyinə

Rusiya ilə Ukrayna arasında danışıqlar bərpa olunarsa böyük ehtimalla vasitəçilərsiz, birbaşa iki tərəf arasında aparılacaq. Vasitəçilərin olmaması ən yaxşı variant olardı. Bu fikirləri Rusiya XİN-in MDB üzrə ikinci departamentin direktoru Aleksey Polişuk səsləndirib. Dünən isə Rusiya XİN Zelenskinin Türkiyənin dəstəklədiyi “sülh formulu”nu qəbul etməkdən imtina edərək yenidən çıxış edib. Bu barədə Mariya Zaxarova məlumat verib. Zaxarova hesab edir ki, Türkiyənin mövqeyi sülhə nail olmaq üçün optimal yolların axtarışına töhfə verməyəcək.
Xatırladaq ki, “sülh formulu” G-20 sammitində təklif edilib və 10 şərtdən ibarətdir. 10 şərtə ərzaq və enerji təhlükəsizliyi, məhbusların azad edilməsi, ən əsası isə Ukraynanın ərazi bütövlüyünün bərpası əks olunur. Rusiya tərəfində isə müəyyən şərtləri dəstəkləmək imkanının əksinə olaraq, referendumla ilhaq edilmiş DXR, LXR, Xerson vilayəti və Zaporojye ərazilərinin qaytarılması məsələsi müzakirə edilmir və müzakirə olunmayacaq (Sergey Lavrov bunu dəfələrlə bəyan edib).
Xatırladaq ki, Türkiyə fəal şəkildə humanitar dəhliz açmaq istəyir. Yanvarın 13 və 14-də Türkiyə prezidenti bu məsələ ilə bağlı Vladimir Putin və Vladimir Zelenski ilə telefon danışığı aparmağı planlaşdırır. Amma Rusiya öz həmişəki işğalçı ab-havasındadır və Türkiyənin vasitəçiliyinin arzuedilməz olduğunu nümayiş etdirir.

Ülviyyə, Hurriyyet.az