📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Ukrayna ilə növbəti danışıqları yaxın perspektivdə gözləyir

2026-03-16 15:16:33

Rusiya Ukrayna ilə növbəti danışıqları yaxın perspektivdə gözləyir

Rusiya Ukrayna ilə bağlı növbəti danışıqlar raundunu gözləyir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O əlavə edib ki, məlum səbəblərə görə danışıqların yeri və vaxtı hələ razılaşdırılmayıb, lakin Kreml bunun yaxın perspektivdə baş verəcəyini gözləyir.

Kremlin sözçüsü ölkəsinin ABŞ Prezidenti Donald Trampın İrana qarşı müharibə səbəbindən Ukrayna nizamlanmasına marağını itirdiyinə inanmadığını da vurğulayıb. Peskov Trampın açıqlamalarının bunun əksini göstərdiyini deyib.