📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya-Ukrayna müharibəsi Qafqaza da keçə bilər-Türkiyə saytından proqnoz...

2023-06-07 15:22:00

Rusiya-Ukrayna müharibəsi Qafqaza da keçə bilər-Türkiyə saytından proqnoz...

Türkiyənin "Doğru Haber" xəbər saytı, "Rusiya-Ukrayna müharibəsi Qafqaza da keçə bilər" başlıqlı məqalə dərc edib.

Yazida deyilir:

“Qərb Qafqazda yeni cəbhə açmaq istəyir. 2008-ci ildə Rusiya-Gürcüstan beş günlük müharibəsi (Cənubi Osetiya müharibəsi) bir məşq idi. Qərb bu məsələni müəyyən vaxta qədər təxirə saldı. Onun nümayəndələrinin fikrincə, Rusiya Federasiyası ikinci cəbhənin öhdəsindən gələ bilməz. Avqustda bu müharibənin 15-ci ildönümü münasibətilə Qərb ölkələri Rusiyanı “qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa” çağıra bilərlər.

Hər gün gənclərini müharibəyə göndərməkdən yorulan Çeçenistan Rusiyanın Qafqaz siyasətinə qarşı üsyan etməyə kifayət qədər qadirdir. Region xalqlarının Kremlə nifrəti ən yüksək həddə çatıb.

Kremldən lazımi diqqət görməyən Ermənistan bu ssenarini dəstəkləyə bilər”.

Ülviyyə, Hurriyyet.az