📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya-Ukrayna müharibəsi səbəbindən almanlar evsiz qala bilərlər

2022-09-12 12:32:00

Rusiya-Ukrayna müharibəsi səbəbindən almanlar evsiz qala bilərlər

Hurriyyet.az “Hürriyet” nəşrinə istinadla xəbər verir ki, təbii qaz təchizatında Rusiyadan asılı olan Almaniya sərt bir qışa hazırlaşır. Diqqəti enerjinin bahalaşmasına yönəldən Almaniya Prezidenti Frank-Valter Ştaynmayer yoxsul ailələin evlərini itirmək təhlükəsi ilə üzbəü olduğunu söyləyib.

Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra Avropa İttifaqı tərəfindən ona qarşı qoyulan sanksiyalara cavab olaraq Şimal Axını 1 boru kəməri ilə Avropaya qaz tədarükünü məhdudlaşdırması qərarını bəyan eləməsindən sonra Almaniya Prezidenti əhaliyə xəbərdarlıq edib.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer enerjinin ahalaşmasının yoxsul insanların evlərini itirməsinə səbəb ola biləcəyini bildirib.

Almaniyanın enerji bazarını nizamlayan Bundesnetzagentur qurumunun başçısı Kalus Müller Rusiyanın qaz tədarükünü tamamilə kəsəcəyi təqdirdə ölkədəki qaz ehtiyatı müəsisələrinin tələbi ən çoxu 2,5 ay təmin edə biləcəyini bəyan eləmişdi.

Ştaynmayer Evsizlər günü münasibəti ilə keçirilən tədbirdəki çıxışı  zamanı qiymətlərin artması səbəbindən yoxsul ailələrin kirayə və kommunal ödənişlərini verməkdə çətinlik çəkdiklərini vurğulayıb: “Xüsusilə də ailələr evlərini itirmək təhlükəsi ilə qarşı-qarşıyadırlar. Ev axtaran insanlar da münasib ev tapmaqda daha da çətinlik çəkə bilərlər”.

Atom enerjisinə dönüş

Ötən günlərdə Almaniyanın Enerji naziri Robert Habek 2011-ci ildə o vaxt kansler olan Angela Merkelin elan elədiyi sıfır atom enerjisi layihəsinin təxirə salınması demək olan açıqlama verib.

Hürr Tərcüman