📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu

2026-02-16 13:11:33

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həyatını itirib.

Məlumata görə, Camalov Zaur Mühiddin oğlu Ukrayanın Zaporojye vilayəti istiqamətində gedən döyüşlərdə ölüb.

Onun Rusiya ordusunun tərkibində snayper olaraq vuruşduğu məlumdur.

Zaur Camalovun 1992-ci il noyabrın 30-da Azərbaycanda anadan olduğu və uzun illər Rusiyanın Lipetsk vilayətində yaşadığı bildirilir.

Xatırladaq ki, Azərbaycanın Baş Prokurorluğu ötən il dekabrın 29-da vətəndaşlara müraciət eədək Rusiya-Ukrayna müharibəsində, eləcə də digər xarici ölkələrdəki silahlı münaqişələrdə iştirak etmək cinayət məsuliyyəti yaratdığını açıqlamışdı.