Rusiya-Ukrayna savaşı ilə yanaşı ikinci cəbhə? Çinin qırıcıları havaya qalxdı!
2022-02-28 17:39:00
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Avropanın mərkəzində Ukrayna-Rusiya müharibəsinin davam elədiyi bir zamanda dünyada ikinci şok təsiri yaradan növbəti gərginlik Asiyada yaranıb. Çinə məxsus 7 hərbi təyyarə Tayvanın hava müdafiəsi məkanına daxil olub.
Tayvanın Müdafiə Nazirliyinin rəsmi “Tvitter” hesabından verilən açıqlamada 4 ədəd J-16, 2 ədəd J-10 qırıcısı ilə 1 ədəd Y-8 ASW dəniz patrul təyyarəsinin axşam saatlarında ölkənin hava məkanına daxil olduğu bildirilib.
Açıqlamada təyyarələrin ratsiya ilə xəbərdar edildikləri, hərbi patrul təyyarələri, HHM raketi sistemləri ilə təqib edildikləri bildirilir.
Hürr Tərcüman