📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Ukraynada 1 gündə 1000-dən çox hərbçisini itirdi

2023-11-24 11:12:06

Rusiya Ukraynada 1 gündə 1000-dən çox hərbçisini itirdi

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1100 hərbçisini itirib. 

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 322 900 nəfərə çatıb. 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 30 tank, 32 zirehli döyüş maşını, 31 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 

yenisabah.az