Rusiya Ukraynada enerji obyektlərini bombaladı - 72 yaşayış məntəqəsi işıqsız qaldı
2024-08-20 15:55:20
Ötən gecə Rusiya hərbi aviasiyasının Ukraynanın Sumı vilayətindəki enerji obyektlərini bombalaması nəticəsində 72 yaşayış məntəqəsi işıqsız qalıb.
Hurriyyet.az xəbər verir ki, bunu vilayətin hərbi administrasiyasından bildiriblər.
Qeyd olunub ki, hazırda 18,5 min abonentin elektrik təchizatı dayandırılıb. Görülən tədbirlər nəticəsində kritik cəhətdən əhəmiyyətli infrastruktur obyektlərinin bir qismində problem aradan qaldırılıb.
bakupost.az