📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Ukraynada mədənçilərin olduğu avtobusa dronlarla hücum edib, 10‑dan çox insan ölüb

2026-02-01 19:50:31

Rusiya Ukraynada mədənçilərin olduğu avtobusa dronlarla hücum edib, 10‑dan çox insan ölüb

Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad rayonunda dron hücumu nəticəsində 12 nəfər həlak olub, daha yeddi nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja öz "Telegram" kanalında məlumat paylaşıb.

"Düşmən Pavloqrad rayonunda müəssisələrdən birinə məxsus xidməti avtobusun yaxınlığında PUA ilə zərbə endirib. İlkin məlumata görə, 12 nəfər həlak olub, daha 7 nəfər xəsarət alıb. Detalları dəqiqləşdiririk", – deyə rəsmi yazıb.

Ukrayna Müstəqil Mədənçilər Həmkarlar İttifaqının sədri Mixail Volınets dəqiqləşdirib ki, Rusiya qoşunları kömür hasilatı müəssisəsini, həmçinin növbə dəyişməsini həyata keçirən mədən işçilərinin avtobusunu hücuma məruz qoyub. Hücum zamanı dörd "Şahed" tipli drondan istifadə olunub.