Rusiya Ukraynada NATO qoşunlarının yerləşdirilməsinə qarşıdır
2026-02-01 12:01:06
Rusiya təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq Ukrayna ərazisində Avropa İttifaqı və ya NATO qüvvələrinin yerləşdirilməsini qəbul etmir.
"Report"un məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko yerli mediaya açıqlamasında bildirib.
"Biz bunun qəbuledilməz olduğunu bildirdik: NATO üzvlüyü və xarici qüvvələr yoxdur. Məsələn, fransız kapralının üzərində "NATO" və ya "Aİ" yazısı olan papaq taxmasının heç bir fərqi yoxdur", - Qruşko bildirib.