📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Rusiya Ukraynada qalib gəlsə, Putin başqa ölkələrə hücum edəcək” - Duda

2024-03-13 13:01:56

“Rusiya Ukraynada qalib gəlsə, Putin başqa ölkələrə hücum edəcək” - Duda

Rusiya Ukraynaya qarşı müharibədə qalib gələrsə, Vladimir Putin digər dövlətlərə hücum edəcək.

Hurriyyet.az xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda deyib.

“Bu gün Ukrayna əmin olmalıdır ki, Putin müharibədə qalib gəlməyəcək. Biz bir neçə dəfə Rusiyanın əsarətinə düşmüş xalqıq. Rusiya Ukraynadakı müharibədə qalib gəlsə, yenidən hücuma keçəcək. O, (Putin –red.) başqalarına da hücum edəcək. Buna görə də onların (rusların – red.) fəaliyyəti dayandırılmalıdır”,- deyə Polşa lideri qeyd edib.

AzPolitika.info