Rusiya Ukraynada sükut rejimi elan edir və HUMANİTAR DƏHLİZLƏRİ AÇIR
2022-03-07 10:30:00
Rusiya silahlı qüvvələri Fransa Prezidenti Emmanuel Makronun rusiyalı həmkarı Vladimir Putinə müraciətini nəzərə alaraq yerli vaxtla saat 10:00-dan etibarən Ukraynada sükut rejimi elan edir və humanitar dəhlizləri açır.
Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiyanın Ukraynada humanitar yardımların əlaqələndiriməsi üzrə qərargahı məlumat yayıb.