Rusiya Ukraynada vurduğu texnikanın yeni sayını açıqladı
2022-03-16 11:53:00
Rusiyanın hərbi aviasiyası ötən sutka ərzində Ukraynada 128 hərbi obyekti vurub.
Hurriyyet.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlayıb.
Onun sözlərinə görə, sutka ərzində, həmçinin Ukraynaya məxsus 3 təyyarə və 4 pilotsuz uçuş aparatı da vurulub.
O bildirib ki, ümumilikdə hərbi əməliyyat zamanı Ukrayna Silahlı Qüvvələrinin 111 təyyarəsi, 68 helikopteri, 160 PUA-sı, eləcə də 159 zenit-raket kompleksi, 1353 tank və digər zirehli döyüş maşını, 129 reaktiv yaylım atəşi sistemi, mindən çox xüsusi hərbi avtomobil texnikası sıradan çıxarılıb.