Rusiya Ukraynada xəstəxananı vurdu – ölənlər və yaralananlar var
2023-05-26 15:26:00
Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Rusiyanın Dneprdə xəstəxanaya endirdiyi zərbələr nəticəsində azı iki nəfərin həlak olduğu, 23 nəfərin isə yaralandığı bildirilir. Bu barədə məlumatı Dneprepetrovsk Vilayət Administrasiyasının rəhbəri Sergey Lısak öz “Teleqram” kanalı verib.
Yaralıların 3-nün vəziyyətinin ağır olduğu xəbər verilir.
Hürr Tərcüman