📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Rusiya Ukraynadakı müharibəyə quru qoşunlarının 90 fazini cəlb edib" - NATO

2023-07-03 17:33:00

“Rusiya Ukraynadakı müharibəyə quru qoşunlarının 90 fazini cəlb edib

“Rusiya Ukraynadakı müharibəyə quru qoşunlarının demək olar ki, 90%-ni cəlb edib”.

Hurriyyet.az xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer deyib.

Onun sözlərinə görə, Kreml səfərbərliklə itkiləri bərpa etməyə çalışır:

“Əhəmiyyətli itkilərə baxmayaraq, Rusiya hələ də aviasiya, donanma resurslarına, nüvə silahına malikdir”.

R.Bauer qeyd edib ki, Rusiya NATO ilə birbaşa həmsərhəd olan ərazilərdə diqqətli hərəkət edir:

“Onlar bizimlə toqquşmaq istəmirlər”.

Admiral söyləyib ki, son 24 saat ərzində Rusiyanın 34 hərbi texnikası sıradan çıxarılıb”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. (report)