Rusiya Ukraynanın növbəti şəhərinə hücum edib - dağıntılar və yaralılar var
2024-09-12 10:56:41
Hurriyyet.az xəbər verir ki, sentyabrın 12-nə keçən gecə Rusiya ordusu Ukraynanın Konotop şəhərinə ardıcıl zərbələr endirib. Hücum nəticəsində 14 nəfər yaralanıb.
Sumsk vilayət prokurorluğunun açıqlamasında deyilir: "Saat 8 radələrində 14 mülki vətəndaş tibb müəssisələrinə müraciət edib, 7 ədəd çoxmənzilli bina, 1 şəxsi ev, təhsil və tibb müəssisələri, 3 avtomobil, kooperativ, mağaza, bank binası zədələnib".
Hecum nəticəsində elektrik enerjisinin verilməsində problemlər yaranıb.
Hürr Tərcüman