Rusiya Ukraynanın şəhərlərini raket yağışına tutub - Zelenski açıqlama verdi
2023-12-29 13:33:08
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynaya bugünkü kütləvi hücumundan danışıb. Zelenski hava hücumuna məruz qalmış şəhərləri və obyrktləri sadalayaraq deyib: "Doğum evi, tədris müəssisələri, ticarət mərkəzi, çoxmərtəbəli binalar və şəxsi evlər, kommersiya anbarı, dayanacaq. Kiyev, Lvov, Odessa, Dnepr, Xarkov, Zaporojye və başqa şəhərlər".
Zelenski bəyan edib: "Bugün Rusiya demək olar ki, cəbbəxanasındakı bütün silahlarla - "kinjal"larla, S-300 sistemləriylə, qanadlı raketlərlə, dronlarla Ukraynaya hücum edib. Strateji bombardmançılar X-101/X-505 raketləri atıblar. Təqribən 110 raket atılıb. Onların əksəriyyəti vurulub".
Hürr Tərcüman