Rusiya Ukraynanın Vinnitsa şəhərini bombaladı – həlak olanlar arasında uşaq da var
2022-07-14 14:40:00
Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, bu gün səhər saatlarında Rusiya hərbçilərinin Ukraynanın mərkəzindəki Vinnitsa şəhərinə raket zərbələri endirməsi nəticəsində azı 12 nəfər həlak olub, 25 nəfər yaralanıb.
Zərbə nəticəsində ofislər yerləşən bina dağıdılıb, yaxınlıqdakı yaşayış binaları zərər çəkib. Raket zərbələrinin törətdiyi yanğın avtodayanacaqdakı 50 avtomobilin od tutmasına səbəb olub.
Həlak olanlar arasında bir uşaq da var.
Hürr Tərcüman
