Rusiya Ukraynaya güclü zərbə endirdi - ölənlər və yaralananlar var
Hurriyyet.az xəbər verir ki, bu gün Rusiya qüvvələri müxtəlif tipli raketlərlə Ukraynaya qarşı güclü hücuma keçiblər. Bir çox şəhərlərdə, o cümlədən paytaxt Kiyevdə partlayışlar baş verir.
Ukrayna Silahlı Qüvvələrinin və monitorinq nəşrlərinin məlumatına görə, rusiyalılar müxtəlif tipli silahlardan istifadə edirlər. Tu-95 qırıcılarından qanadlı raketlər atıldığı, ballistik silahlardan istifadə edildiyi, "Kinjal" və "Kalibr" raketlərinin atıldığı bildirilir. Sosial şəbəkələrdə yayıla xəbərlərdə həm də Tu-22M3 təyyarə qrupunun havaya qalxdığı, X-22 tipli raketlərin atılması təhlükəsi olduğu bildirilir.
İlkin xəbərlərdə Krivoy Roqda, ardından Kirovoqrad vilayətində, daha sonra isə Kiyev və Dneprdə partlayışlar olduğu bildirilib.
Kiyev administrasiyasının məlumatında 5 nəfərin həlak olduğu deyilir. Mer Vitali Kliçko 11 nəfərin zərər çəkdiyini bəyan edib.
Paytaxt Kiyevdə "Oxmatdet" (anaların və uşaqların müdafiəsi) uşaq xəstəxanası zərbə altında qalıb. Mətbuatın yazdığına görə, tibb müəssisəsinin bir şöbəsi zədələnib, yaralananlar var.
Hürr Tərcüman