📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Ukraynaya hücum edəcək? - Baş Qərargah rəisi AÇIQLADI

2021-12-09 23:39:00

Rusiya Ukraynaya hücum edəcək? - Baş Qərargah rəisi AÇIQLADI

Rusiyanın Baş Qərargah rəisi, general Valeri Gerasimov Rusiyanın Ukraynaya hücum etməyə hazırlaşması ilə bağlı iddiaları təkzib edib.

Bu barədə o, Moskvada xarici dövlətlərin hərbi attaşelərinin iştirak etdiyi brifinqdə bildirib.

"NATO ölkələri Rusiya qoşunlarının ölkəmizdəki hərəkətliliyinə fövqəladə əhəmiyyət verir. Hərbi fəaliyyət bizim milli ərazimizdə həyata keçirilir və bildiriş tələb olunmur. Təlim zamanı hərbi hissələrin yerdəyişməsi adi təcrübədir. Mətbuatda yayılan Rusiyanın Ukraynaya hücumu ilə bağlı iddialar yalandır", - Gerasimov deyib. \\Metbuat