Rusiya Ukraynaya təcavüzü dövründə 700-ə yaxın tankını, 150 təyyarəsini itirib
Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun bu ölkəyə təcavüz elədiyi 24 fevral tarixindən bu günə qədər verdiyi itkilərin siyahısını yeniləyib. Rusiyanın 150 təyyarə, 135 vertolyot və 700-ə yaxın tankını itirdiyi bildirilir.
Ukraynadan verilən açıqlamaya görə Rusiyanın itkilərinin siyahısı belədir:
Şəxsi heyət – 18600 nəfərə yaxın,
Tank ‒ 684,
Zirehli hərbi texnika – 1861,
Artilleriya sistemi – 332,
Reaktiv yaylım atəşi sistemi – 107,
HHM vasitələri – 55,
Təyyarələr – 150,
Vertolyotlar – 135,
Avtomobil texnikası – 1324,
Gəmilər/katerlər – 7,
Yanacaq və sürtgü materialları sisternləri – 76,
Operativ-taktiki səviyyəli PUA – 96,
Xüsusi hərbi texnika – 25 ədəd.
Məlumatlar daim dəqiqləşdirilir.
Hürr Tərcüman