📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Vardanyanla keçmiş, indiki və gələcək əlaqələrini inkar eləyir

2022-12-23 19:47:00

Rusiya Vardanyanla keçmiş, indiki və gələcək əlaqələrini inkar eləyir

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiyanın Xarici  İşlər naziri Sergey Lavrov bu gün Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşü zamanı Moskvanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanla əlaqəsini inkar edib, onun fəaliyyətinin Rusiyaya, RF hökumətinə heç bir aiddiyatı olmadığını iddia edib.

Sergey Lavrov deyib: “Vardanyanın xahişi ilə bu günlərdə Rusiya Prezidenti fərman imzalayıb və o, daha Rusiya vətəndaşı deyil. Onun Qarabağa getmək və orada hansısa siyasi həyatda iştiraka başlamaq qərarı ilə bizim heç bir əlaqəmiz olmayıb, yoxdur və olmayacaq”.

Hürr Tərcüman