📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya və ABŞ arasında danışıqlar başladı

2022-01-10 15:03:00

Rusiya və ABŞ arasında danışıqlar başladı

İsveçrənin Cenevrə şəhərində ABŞ-la Rusiya arasında təhlükəsizliyə təminat məsələlərinə dair danışıqlar başlayıb.

Hurriyyet.az xəbər verir ki, danışıqlar BMT-nin Cenevrədəki ofisində ABŞ-ın daimi nümayəndəliyində mediaya qapalı şəkildə keçirilir.

Rusiyanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov və müdafiə nazirinin müavini Aleksandr Fomin, ABŞ-ın nümayəndə heyətinə isə Dövlət katibinin birinci müavini Vendi Şerman rəhbərlik edir.