Rusiya və ABŞ müdafiə nazirləri təhlükəsizlik məsələlərini müzakirə edib
2022-01-06 23:01:00
Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu və onun amerikalı həmkarı Lloyd Ceyms Ostin arasında telefon danışığı olub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"2022-ci il yanvarın 6-da Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Lloyd Ceyms Ostin arasında telefon danışığı olub. Danışıqlar zamanı tərəfləri maraqlandıran təhlükəsizlik məsələləri müzakirə olunub”, - Rusiya MN-in məlumatında bildirilib. \\7NEWS.Az