📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya və ABŞ rəsmiləri Ər-Riyadda danışıqlara başladı

2025-03-24 11:58:01

Rusiya və ABŞ rəsmiləri Ər-Riyadda danışıqlara başladı

Rusiya və ABŞ nümayəndə heyətləri bu gün Moskva vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə saat 11:00) Ər-Riyadda Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlara başlayıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq İşlər Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidmətinin direktorunun müşaviri Sergey Beseda rəhbərlik edir.

ABŞ nümayəndə heyətinin tərkibinə isə Dövlət Departamentinin siyasi planlaşdırma direktoru Maykl Enton, Ukrayna üzrə xüsusi nümayəndənin köməkçiləri Kit Kelloq və milli təhlükəsizlik müşaviri Mayk Uolts daxildir.

Axar.az