📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Rusiya və Çini xəritədən silmək istəyirlər“ - Lukaşenko

2022-03-15 16:53:00

“Rusiya və Çini xəritədən silmək istəyirlər“ - Lukaşenko

"Xarici qüvvələr Rusiya və Çini geosiyasi rəqib kimi sıradan çıxarmaq istəyirlər".

 

Hurriyyet.az BELTA-ya istinadla xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

O bildirib: 

“Aydındır ki, son məqsəd Rusiya, Çinin dünyanın geosiyasi xəritəsində rəqib kimi yox edilməsidir. Ukraynada baş verən hadisələr buna birbaşa sübutdur. Belarusun “günahı” yalnız Avropanın mərkəzində yerləşməsindədir. Tanrı bizi burada, Avropanın mərkəzində yerləşdirdi. Nə yan keçmək olur, nə də üstündən. Deyəsən, ölkə kiçikdir, amma hamı oradan keçib-gedir. Onlar büdrədilər, yıxıldılar, qalxdılar, süründülər, amma yeridilər”.