📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya və Ermənistan müdafiə nazirləri Qarabağdakı vəziyyəti müzakirə ediblər

2022-03-24 23:10:00

Rusiya və Ermənistan müdafiə nazirləri Qarabağdakı vəziyyəti müzakirə ediblər

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu cümə axşamı Ermənistanın müdafiə naziri Suren Papikyanla telefon danışığı aparıb.

Bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

“Hərbi idarələrin rəhbərləri regiondakı mövcud vəziyyəti və Rusiya sülhməramlılarının Qarabağda tapşırıqları yerinə yetirdiyi əraziləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”, - deyə nazirlikdən bildirilib.

Mənbə: Oxu.az