📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya və Hindistan kosmik sektorda əməkdaşlığı genişləndirəcəklər

2024-07-09 21:02:40

Rusiya və Hindistan kosmik sektorda əməkdaşlığı genişləndirəcəklər

Rusiya və Hindistan danışıqlar əsnasında kosmik sektorda əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

Hurriyyet.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə “Rusiya-Hindistan: güclü və genişlənən tərəfdaşlıq” XXII Rusiya-Hindistan illik sammitinin yekunlarına dair birgə bəyanatda deyilir.

“Tərəflər raket mühərriklərinin inkişafı, istehsalı və istifadəsi sahəsində əməkdaşlığın inkişaf perspektivlərini öyrənmək barədə razılığa gəliblər”, - sənəddə deyilir.