Rusiya və İran Həştərxandakı Solyanka limanında gəmi inşa edəcək
İranın Gəmiçilik Xəttləri (IRISL) dəniz donanmasının yenilənməsi məqsədilə Həştərxanda İran-Rusiya Solyanka limanının sifarişi ilə gəmilərin inşasına dair müqavilə imzalayıb. IRNA xəbər verir ki, saziş iki ölkə arasında ticarət əlaqələrinin inkişafına töhfə verməlidir.
“Liman daşımalarının təşkili İran və Rusiyadan ixrac olunan malların son qiymətinin aşağı düşməsinə müsbət təsir göstərəcək və nəticədə iki ölkə əhalisinin həyat keyfiyyəti yüksələcək”, İranın Həştərxandakı baş konsulu Mehdi Akuçekyan müqavilənin imzalanması mərasimində deyib.
O, İran və Rusiya arasında gəmilərin inşasına dair ikitərəfli müqaviləni iki ölkə arasında ticarət əməkdaşlığının genişləndirilməsi üçün böyük addım adlandırıb. Akuçekyan vurğulayıb ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üçün gəmilərin inşası və liman xidmətləri infrastrukturunun inkişafı zəruridir.
İndi Rusiyada İran məhsullarının əsas satış kanallarından biri Solyanka limanıdır. Bununla belə, Rusiyanın Xəzərdəki digər limanları vasitəsilə ticarətin genişləndirilməsi nəzərdə tutulur.
Ülviyyə, Hurriyyet.az