📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

RUSİYA VƏ TÜRKİYƏ BAKIDA RAZILIĞA GƏLDİ - Açıqlama

2026-10-16 10:48:39

RUSİYA VƏ TÜRKİYƏ BAKIDA RAZILIĞA GƏLDİ - Açıqlama

Rusiya və Türkiyə ticari-iqtisadi və energetika sahələrində əməkdaşlığı fəallaşdırmağı, əsas ikitərəfli layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirməyi planlaşdırırlar.

Hurriyyet.net  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) iki ölkənin XİN rəhbərləri Sergey Lavrov və Hakan Fidanın Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü çərçivəsində keçirilən görüşünün yekunlarına əsasən bildirilib.

"Əsas ikitərəfli layihələrin həyata keçirilməsinin gedişinə xüsusi diqqət yetirilməklə ticari-iqtisadi və energetika sahələrində əməkdaşlığın intensivləşdirilməsi ilə bağlı aktual vəzifələr ətrafında fikir mübadiləsi aparılıb", - məlumatda qeyd olunub.

Nazirlər həmçinin Rusiya və Türkiyənin beynəlxalq arenada, o cümlədən Rusiya-Ukrayna münaqişəsinin nizamlanması məsələsində fəaliyyətlərinin koordinasiyasının vacibliyini təsdiq ediblər.