📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya və Ukrayna 6,3 min hərbi əsiri mübadilə edib

2026-04-11 18:28:04

Rusiya və Ukrayna 6,3 min hərbi əsiri mübadilə edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə Rusiya və Ukraynanın indiyədək mübadilə etdiyi hərbi əsirlərin sayı aprelin 11-dədəyişdirilən 350 nəfər də daxil olmaqla 6 305 nəfərə çatıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki hesabında bildirilib. 

Qeyd olunub ki, BƏƏ-nin münaqişə çərçivəsində həyata keçirdiyi hərbi əsirlərin mübadiləsi üzrə vasitəçilik missiyalarının ümumi sayı 21-ə çatıb.

"BƏƏ böhranın hərtərəfli siyasi yolla həllinə yönəlmiş bütün səyləri dəstəkləməyə davam edəcək ki, bu da humanitar nəticələrin yumşaldılmasına, regional və beynəlxalq səviyyələrdə sülh, sabitlik və əmin-amanlıq imkanlarının gücləndirilməsinə kömək edəcək", - nazirlik vurğulayıb.

Xatırladaq ki, bu gün Rusiya və Ukrayna BƏƏ-nin vasitəçiliyi ilə "175-in 175-ə" formatında hərbi əsir mübadiləsi həyata keçirib.