Rusiya və Ukrayna Afrika ölkələrinin irəli sürdüyü sülh təşəbbüsünə şans verməlidir- Keniyanın Rusiyadakı səfiri Benson Oqutu
Rusiya və Ukrayna Afrika ölkələrinin irəli sürdüyü sülh təşəbbüsünə şans verməlidir. Bunu Keniyanın Rusiyadakı səfiri Benson Oqutu ifadə edib.
O, Zambiya, Komor, Seneqal, Cənubi Afrika, Misir, Konqo Respublikası və Uqanda nümayəndələrinin irəli sürdüyü təkliflərin təkcə Afrikaya deyil, bütün dünyaya fayda verəcəyini vurğulayıb.
Onun sözlərinə görə, Keniya Afrika missiyasını tam dəstəkləyir.
Rusiya-Afrika forumunda Keniya nümayəndə heyətinə başçılıq edən Oquta, "Bir deyil, eyni anda yeddi Afrika dövləti, digər ölkələrlə məsləhətləşərək, sülh təşəbbüsü ilə çıxış etdilər və buna şans vermək lazımdır" deyə təklifini irəli sürüb.
Səfir Afrika nümayəndə heyətinin artıq iyun ayında Rusiya və Ukrayna ilə danışıqların birinci raundunu keçirdiyini xatırladıb və onun iştirakçılarının müdrikliyinin onlara sülh missiyasının sonrakı mərhələlərində uğur qazanmağa kömək edəcəyinə əminliyini ifadə edib.
Ülviyyə, Hurriyyet.az