Rusiya və Ukrayna razılığa gəldi - Enerji atəşkəsi elan edildi
2026-10-11 20:51:45
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında enerji infrastrukturuna hücum etməməklə bağlı “enerji atəşkəsi” əldə olunduğunu bildirib.
Hurriyyet.net xəbər verir ki, sosial media hesabında paylaşım edən ABŞ Prezidenti qərarın dərhal qüvvəyə mindiyini qeyd edib.
“Dərhal qüvvəyə minmək şərtilə Rusiya ilə Ukrayna arasındakı müharibədə enerji atəşkəsi elan edildi. Hər iki tərəf bir-birinin enerji infrastrukturuna hücum etməmək barədə öhdəlik götürərək razılığa gəldi. Bu razılaşmanı pozmayın”, - o yazıb.