📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya və Ukraynadan buğda ixracatını Hindistan əvəz edəcək

2022-03-09 16:32:00

Rusiya və Ukraynadan buğda ixracatını Hindistan əvəz edəcək

Hindistan dünyada taxıl qiymətlərinin kəskin artması sayəsində 500 min tona yaxın buğda ixracına dair müqavilələr imzalayıb. Rusiyanın Ukraynaya müdaxiləsi qlobal buğda ixracının 30%-ni təşkil edən bu ölkələrdən daşınma təhlükəsi yaratdığından, treyderlər keçən həftə Qara dənizdən buğda yüklərinə alternativ axtaran alıcılardan ixracat tələbi aldılar. Ardıcıl beş il rekord məhsul əldə edən Hindistanın taxıl ehtiyatları böyükdür və treyderlər ixrac imkanından yararlanmağa çalışırlar.
Hindistan istehsalçılara daxili satışlar üçün təxminən 257 dollar civarında ödəniş vəd edir, Avropada buğda bazar ertəsi günü 400 avrodan (435 dollar) yuxarı qalxdı və Çikaqoda buğda qiymətləri son 14 ilin ən yüksək səviyyəsinə çatdı. Hindistan bu il rekord həddə - 7 milyon ton buğda ixrac etmək niyyətindədir. "Ukrayna və Rusiyadan tədarükün kəsilməsindən narahat olan alıcılar bilirlər ki, hazırda yalnız Hindistan böyük və sabit buğda tədarükçüsü ola bilər, buna görə də Hindistana üz tutublar", deyə dilerlər bildirib.

Ülviyyə, Hurriyyet.az