Rusiya Vyetnamda LNG layihələrində iştirak etmək istəyir
2024-06-20 12:39:34
Rusiya şirkətləri mayeləşdirilmiş təbii qazdan istifadə edən irimiqyaslı layihələrə həm sərmayəçi, həm də təchizatçı kimi qoşulmağa hazırdır. Bunu Rusiya prezidenti Vladimir Putinin Hanoyda səfəri zamanı deyib.
Bu məqsədlə NOVATEK şirkəti “PetroVietnam” dövlət korporasiyası ilə Vyetnamda əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb.
Bundan əlavə, “PetroVietnam”ın ənənəvi tərəfdaşı, sovet dövründən ölkədə fəaliyyət göstərən “Zarubejneft” Vyetnam kontinental şelfinin 11-2-ci blokunun işlənməsi üçün yeni investisiya lisenziyası alıb.
Ülviyyə, Hurriyyet.az