📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya xarici diplomatları ölkədən çıxarır

2022-05-05 17:21:00

Rusiya xarici diplomatları ölkədən çıxarır

Hurriyyet.az xəbər verir ki, Rusiya Danimarkanın Moskvadakı səfirliyinin yeddi əməkdaşını persona non qrata elan edib. Bu addım Danimarkanın Rusiyanın diplomatik missiyasının və ticarət nümayəndəliyinin 15 nəfər əməkdaşını arzuolunmaz şəxs elan eləməsinə cavab olaraq atılıb. Danimarkanın Moskvadakı səfiri Karsten Syonderqord Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb. Ona “Rusiyanın Kopenhagendəki səfirliyinin və ticarət nümayəndələrinin əməkdaşlarının əsassız şəkldə arzuolunmaz şəxs elan edilməsi ilə bağlı kəskin etiraz” və Danimarka rəhbərliyinin Kiyevə hərbi yardım etməsinə görə narazılıq bildirilib.

Hürr Tərcüman