📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Xarkova 30 ton yardım göndərdi

2022-03-03 11:34:00

Rusiya Xarkova 30 ton yardım göndərdi

Rusiya Ukraynanın Xarkov vilayətinin sakinlərinə 30 ton humanitar yardım göndərib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Belqorod vilayətindən Xarkovdakı yaşayış məntəqələrinə Rusiya hərbi qulluqçuları yerli əhalinin xahişi ilə humanitar yüklərin bir partiyasını çatdırıblar. Ümumi həcmi 30 tondan çox olan humanitar yardım şəhərə çatdırılıb. Yardımlara ərzaq məhsulları - taxıl, ət və balıq konservləri, qənnadı və çörək məhsulları, şirniyyat, qablaşdırılmış içməli su daxildir”, - məlumatda qeyd olunub.