📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Xarkova hücum edib, ölən və yaralananlar var

2026-08-09 12:27:26

Rusiya Xarkova hücum edib, ölən və yaralananlar var

Rusiyanın Silahlı Qüvvələri Ukraynanın Xarkov şəhərində çoxmərtəbəli yaşayış binasına zərbə endirib.

Hurriyyet.Media  məlumatına görə, bu barədə şəhər meri İqor Terexov bildirib.

"Xarkovun Saltovsk rayonunda çoxmərtəbəli yaşayış binasına, eləcə də qonşu binaya zərbə endirilib. Binanın içərisində insanlar qalıb; xilasetmə əməliyyatı başlayıb", - o, sosial şəbəkə hesabında yazıb.

Mer əlavə edib ki, zərbə nəticəsində iki nəfər ölüb, 12 nəfər yaralanıb.