📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Xarkova zərbə endirdi: Çox sayda ölən var

2026-08-18 17:11:42

Rusiya Xarkova zərbə endirdi: Çox sayda ölən var

Rusiya qoşunları avqustun 18-i səhər saatlarında Xarkov vilayətinin Peçeneqi qəsəbəsinə raket zərbəsi endirib. Hücum nəticəsində 10 nəfər həlak olub, daha 8 nəfər isə xəsarət alıb.

Hurriyyet.media  xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

Vilayət polis idarəsinin məlumatına görə, hücum nəticəsində 10 fərdi yaşayış evi, kafe, poçt şöbəsi, mağaza və azı yeddiyə yaxın avtomobil zədələnib.

Hazırda hadisə yerində təcili yardım və xilasetmə xidmətləri çalışır. Zərbənin fəsadları dəqiqləşdirilir.