Rusiya Xarkovu artilleriyadan atəşə tutur
2022-04-28 09:21:00
Rusiya silahlı qüvvələrinin Ukraynanın Xarkov vilayətini artilleriyadan atəşə tutması nəticəsində bir dinc sakin həlak olub, 6-ı xəsarət alıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov deyib.
O, yaralılardan 2-nin vəziyyətinin ağır olduğunu bildirib. Onların arasında azyaşlı da var.