📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya “xəritə”sini yenilədi - Bu ərazilər də ələ keçirildi

2024-10-30 13:27:58

Rusiya “xəritə”sini yenilədi - Bu ərazilər də ələ keçirildi

Bütün cəbhə xətti boyunca irəliləyən Rusiya qoşunları Ukraynanın Donbas bölgəsində yeni ərazilər ələ keçiriblər.

Hurriyyet.az xəbər verir ki, bu barədə döyüş meydanında vəziyyəti izləyən “DeepState” monitorinq qrupu məlumat yayıb.

Mənbə Rusiya ordusunun Donetsk vilayətində daha iki yaşayış məntəqəsini işğal etdiyini açıqlayıb.

“Düşmən Boqoyavlenka və Novokrainkanı işğal edib, həmçinin Selidovo və Yasnaya Polyanada irəliləyib”, - məlumatda deyilir./teleqraf.az/