📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

RUSİYA XERSONDA "TERROR AKTI" TÖRƏTMƏYƏ HAZIRLAŞIR – Şəhər əhalisinin etirazının qarşısını almaq üçün

2022-03-24 11:47:00

RUSİYA XERSONDA

“Rusiya işğalçıları yerli əhali arasında etirazların dərəcəsini azaltmaq üçün müvəqqəti ələ keçirdikləri Xersonda böyük terror aktı həyata keçirməyi planlaşdırırlar”.

Bu barədə FSB zabitinin gizli məktubu əsasında “Times” qəzeti yazır.

Məktubda deyilir ki, Kreml artıq etirazçılarla “yaxşı oynamaq” istəmir.

Şəhər sakinlərinin gecə yarısı evlərindən çıxarılması planlaşdırılır: “Şəhərin yarısını almalı olsaq belə, buna hazırıq”.

FSB əməkdaşı onu da bildirir ki, əgər onlar etiraz hərəkatının liderlərini müəyyənləşdirə bilsəydilər, o zaman belə bir dəhşətli akta ehtiyac qalmayacaqdı.

“Nümayişçiləri yalnız Rusiya xüsusi xidmət orqanlarının dəqiq kimi tutmaq lazım olduğunu bilməsi xilas edər”, - deyə məktubda vurğulanır.

Zorakılığa keçidin real üsyanla başa çata biləcəyi ilə bağlı qorxular da var ki, bu üsyan da yenə genişmiqyaslı qətliamla yatırıla bilər.

Nəşrin FSB-dəki mənbəsinə görə, bir neçə gün əvvəl “yuxarı”dan bu məsələnin həlli üçün konkret göstəriş verilib. Məlumata əsasən, təhlükəsizlik xidmətlərinin koordinasiya etdiyi terror aktının məqsədi “son dərəcə sərt dağıdılma üsulları”, o cümlədən ayrı-ayrı etirazçılara “ağır xəsarətlər yetirmək” yolu ilə etirazları yatırmaq olacaq.

İkinci mərhələ isə sakinlərin qaçırılaraq kütləvi şəkildə Rusiyaya aparılmasından ibarət olacaq.

Xatırladaq ki, martın 2-dən rus işğalçılar müvəqqəti olaraq Xersona və onun ətrafına nəzarət edirlər. O vaxtdan bəri yerli sakinlər davamlı olaraq Ukraynayönlü mitinqlərə çıxırlar.

Hurriyyet.az