📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya XİN: Aİ-nin Ermənistandakı missiyasının genişləndirilməsi NATO-nun Qafqaza nüfuz etməsi deməkdir

2024-07-12 11:25:22

Rusiya XİN: Aİ-nin Ermənistandakı missiyasının genişləndirilməsi NATO-nun Qafqaza nüfuz etməsi deməkdir

Rusiya Xarici İşlər Nazirliyi Aİ-nin Ermənistandakı missiyasının genişləndirilməsini NATO-nun Qafqaza nüfuz etməsi kimi şərh edib. Bu mövqeyi  Rusiya XİN rəhbərinin müavini Qaluzin "RİA Novosti"yə bildirib.
“Kanada nümayəndələrinin Aİ-nin Ermənistandakı missiyasında görünməsi de-fakto NATO-nun Cənubi Qafqaza sürətlə nüfuz etməsi deməkdir”, deyə Qaluzinin açıqlamasında bildirlir. 
Onun sözlərinə görə, Moskva Ermənistanın razılığı ilə Aİ missiyasının daimi ola biləcəyindən də narahatdır. Qaluzin həmçinin iddia edir ki, Qərb ölkələri Aİ-nin Ermənistandakı missiyası zamanı Rusiya obyektləri, eləcə də bu ölkəyə qonşu olan bütün dövlətlərlə bağlı kəşfiyyat məlumatları toplayır.

Ülviyyə, Hurriyyet.az