📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya XİN: "Azərbaycan və Ermənistan liderləri arasında təmaslar davam etməlidir"

2021-12-09 19:12:00

Rusiya XİN:

“Azərbaycan ilə Ermənistan liderləri arasında təmasların mütəmadi davam etdirilməsini mühüm hesab edirik”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

Rusiya rəsmisi Azərbaycan ilə Ermənistan arasındakı münasibətləri yoluna qoyacaq səyləri alqışladıqlarını da diqqətə çatdırıb.

“İki ölkə liderləri arasında dekabrın 15-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüş nəticəsində üçtərəfli razılaşmaların reallaşdırılmasına sadiqliyin ifadə olunacağına ümidvarıq” – deyə Rusiya XİN nümayəndəsi qeyd edib. \\Report